Biznes kreditləri niyə az verilir? – Bank Sədri Cavab Verir

12:02 - 25.10.2019


25 oktyabr, Fineko/abc.az. Biz dəfələrlə banklara demişik ki, çox da istehlak kreditlərindən yapışmayın.

ABC.AZ xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Bank sektorundakı problemlərdən, o cümlədən biznes kreditlərinin az verilməsindən danışan E.Rüstəmov kadrlar məsələsinə də toxunaraq burada bəzi irəliləyişlərə nail olunduğu qeyd etdi: " Bank kadrlarında son illər keyfiyyət baxımından müəyyən irəliləyişlər var. Bankları çox şey də günahlandırmaq da olmur. Biznes mühitində olan problemlər təbii ki, kreditlərə tələbatı azaldacaq. Çox vaxt cəmiyyətda biznes kreditinə olan tələbat ümumi götürülür. Biz düşünürük ki, problemlərin çözülməsinə açıq platformada, biznes ictimaiyyəti ilə, sahibkarlarla, bank rəsmiləri ilə müzakirələrdə nail olmaq olar. Amma indiyənə kimi nail olmamışıq, bunu  etiraf edirəm. Hesab edirəm ki, məhkəmə islahatları biznes mühitinin yaxşılaşdırılmasına gətirib çıxaracaq"

Müəllif: Elmir Murad

 

 

Вся лента