Beynəlxalq Bank özəlləşdirilir? – SƏDRDƏN CAVAB

12:10 - 28.10.2019


28 oktyabr, Fineko/abc.az. Təsdiq edilmiş yeni strateji inkişaf planı çərçivəsində Beynəlxalq Bankın makroiqtisadi duruma, ölkənin sosial-iqtisadi inkişafına uyğun əsaslı və dayanıqlı biznes modeli hazırlanıb.

ABC.AZ xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov “Beynəlxalq Valyuta Fondu bu ilin sentyabrında açıqladığı hesabatında bankın güclü biznes modelinin olmadığını göstərib və özəlləşdirilməsinin sürətləndirilməsini vacib sayıb. Bankın özəlləşdirilməsi məsələsi hazırda nə yerdədir?” sualına cavab verərkən deyib.

Özəlləşdirmə məsələsinə də toxunan sədr qeyd edib ki, bu, səhmdarların qərarlarından asılıməsələdir. “İndiki mərhələdə bank menecmenti olaraq bizim əsas missiyamız yeni inkişaf strategiyası üzrə qarşımıza qoyulmuş tapşırıqlara uyğun olaraq bankın maliyyə dayanıqlığının, mənfəətliyinin, institusional inkişafının, rəqabətqabiliyyətli biznes modelinin təmin olunması üçün tədbirlər həyata keçirmək və bankın bazar dəyərinin artırılmasına nail olmaqdır” deyə A. İbrahimov vurğulayıb.

Müəllif: Elmir Murad

 

Вся лента