BNA 2018-ci ilin birinci yarısında 350 yeni avtobus gətirməyi planlaşdırır

17:06 - 15.12.2017


15 dekabr, Fineko/abc.az. “Çinar Trans” MMC tərəfindən paytaxta gətirilən yeni avtobuslar, Bakı Nəqliyyat Agentliyi  (BNA) tərəfindən təyin edilmiş tələblərə uyğundur. 

BNA-nin məlumatında deyildiyi kimi, “Çinar Trans” MMC tərəfindən 20 ədəd yeni avtobus gətirilmişdir.

“Avtobuslar  avro 5 standartlarına cavab verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslərin, həmçinin uşaq arabası ilə olan sərnişinlər də rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb. “Çinar Trans” MMC tərəfindən paytaxta ümumilikdə 65 ədəd yeni avtobus gətirilib, gələn il isə daha 85 ədəd avtobusun alınaraq gətirilməsi planlaşdırılır”, - BNA-nin məlumatında belə deyilir.

Qeyd edək  ki, 2018-ci ilin birinci yarısında BNA  paytaxta daha 350 nəqliyyat vasitəsi gətirəcək.  Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq. Yeni avtobuslar əsasən şəhər mərkəzində istismar olunacaq.  Yeni avtobuslar nağdsız ödəniş sistemində işləyəcək. 2018-ci ilin birinci yarısında  700 avtobusda bu sistemin tətbiqini nəzərdə tutulub.

 

Вся лента