Beynəlxalq Bank səhmdarlarına niyə dividendlər ödəyə bilmirdi? - AÇIQLAMA

14:43 - 28.10.2019


28 oktyabr, Fineko/abc.az. Beynəlxalq Bank son illərdə aktiv və öhdəliklərinin restrukturizasiyası ilə bağlı çətin bir mərhələ keçdiyindən və mövcud resurslar maliyyə dayanıqlığının möhkəmləndirilməsinə yönəldiyindən bu dönəmdə səhmdarlara dividend ödənilməsi məsələsi gündəmdə deyildi.

ABC.AZ xəbər verir ki, belə bir açıqlamanı Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

Amma artıq bankın maliyyə dayanıqlığı təmin olunub deyən A.İbrahimov qeyd edib ki, son dövrlər ölkənin biznes həyatında baş verən canlanma bankın kapital mövqeyini daha da gücləndirib: “Azərbaycan Beynəlxalq Bankı artıq mənfəətlə çalışır və öz səhmdarlarına dividend ödəmək imkanındadır. Səhmdarların son iclasında 2018-cı ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə də baxıldı və hər səhm üzrə 0,0326 AZN olmaqla səhmdarlara ötən ilin mənfəətindən 150 milyon manat dividendin ödənilməsinə qərar verildi”.

Müəllif: Elmir Murad

 

Вся лента