Məhkəmə “Başak İnam” şirkətini ləğv etməkdən imtina etdi

17:14 - 15.12.2017


15 dekabr, Fineko/abc.az. Bakı Apellyasiya Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının irəli sürdüyü  iddiasını rədd etdi.

Söhbət “Başak İnam” sığorta şirkətinin  məcburi ləğv edilməsindən və iflas proseduruna başlanılmasından gedir.

Noyabrın 23-də Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində Palatanın ərizəsinə baxılıb və sözügedən sığorta şirkətinin məcburi ləğvindən imtina edilmişdir. Palata məhkəmə qərarına qarşı apellasiya şikayəti vermiş, lakin dekabr ayının 14-də Bakı Apellyasiya Məhkəməsi işə baxaraq eyni qərarı qüvvədə saxlamışdır.

 

Вся лента