“Rabitəbank”-ın qeyri-faiz gəlirləri azalıb, xərcləri isə artıb - 9 Ayda

15:31 - 28.10.2019


28 oktyabr, Fineko/abc.az. “Rabitəbank” ASC 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) əhatə edən maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, Ötən ilin 9 ayında 26 milyon 175 min manat təşkil etmiş faiz gəlirləri bu ilin 9 ayında 30 milyon 999 min manat olub. Keçən ilin yanvar-sentyabr dövründə 7 milyon 198 min manat təşkil etmiş qeyri-faiz gəlirləri cari ilin eyni dövründə 7 milyon 159 min manat təşkil edib.

Göründüyü kimi ötən ilin analoji dövrü ilə müqayisədə “Rabitəbank” ASnin qeyri-faiz gəlirləri 39  min manat azalıb. Xərcələrə gəlincə isə ötən ilin 9 ayında 10 milyon 111 min manat təşkil etmiş faiz xərcləri, bu ilin 9 ayında 7 milyon 885 min manat olub. Keçən ilin yanvar-sentyabr dövründə 16 milyon 893 min manat təşkil etmiş qeyri-faiz xərcləri bu il artıb. Belə ki, adıçəkilən bankın qeyri-faiz xərcləri bu ilin eyni dövründə 19 milyon 754 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 3 milyon 139 min manat çox xərc deməkdir.

Müəllif: Elmir Murad

 

Вся лента