AZPROMO iş adamlarına müraciət etdi

16:11 - 28.10.2019


28 oktyabr, Fineko/abc.az. 2020 ci il fevralın 19-da Bolqarıstanın Plovdiv şəhərində “Vinaria” – XXVII Beynəlxalq Üzümçülük və Şərab İstehsalı sərgisi təşkil olunacaq. Sərgi fevralın 23-dək davam edəcək.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat verib.

AZPROMO ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamlarını sərgidə iştirak etməyə dəvət edir.

 

Вся лента