Gecikən kreditlərin “şişməməsi” üçün hansı tədbirlər görülür? - AÇIQLAMA

11:36 - 29.10.2019


29 oktyabr, Fineko/abc.az. Bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı bankların maliyyə göstəricilərində bəzi banklarda yenə də gecikən kreditlərin mövcud olduğu üzə çıxdı.

Sözügedən məsələnin həssaslığını nəzərə alaraq banklarda gecikən kreditlərin sonradan böyüyərək problemli kreditlərə çevrilməməsi üçün hansı qabaqlayıcı tədbirlərin görüldüyü ilə maraqlandıq. Bununla bağlı ilk olaraq “Paşa Bank”-a müraciət etdik.

Bankdan ABC.AZ-ın sorğusuna cavab olaraq bildirdilər ki, “Paşa Bank” uzun illər ərzində kredit risklərinin effektiv idaretmə sisteminə investisiya edib ki, bu da özünü birbaşa olaraq bankın kredit portfelinin keyfiyyətində əks elətdirir.

Belə ki, adıçəkilən Bankda kredit verilməsi müəyyən edilmiş prosess və alətlərlə tənzimlənir: “İllərin təcrübəsi və müəyyən edilmiş strategiya nəzərə alınaraq Bankda kredit siyasəti müəyyən edilir. Kredit siyasəti ilə tənzimlənən hədəflənmiş müştəri kütləsi həmçinin Bankın Risk iştahına uyğun olaraq müəyyən edilir və kreditlərin verilməsi prosesində qeyd edilənlərə ciddi riayət edilir. Həmçinin Bankın kredit verməsi daxildə müəyyən edilmiş mərhələlərdə aidiyyatı bölmələr tərəfindən izlənilir və son qərar müvafiq səlahiyyətli qərar vermə orqanlarda verilir. Təyin edilmiş limitlər müntəzəm olaraq monitorinq bölməsi tərəfindən təyinatı üzrə xərclənməsi, vaxtlı-vaxtında ödəniş edilməsi və kredit verilərkən tərəflər arasında razılaşdırılan şərtlərə uyğun olaraq idarə edilməsi məqsədi ilə nəzarətdə saxlanılır. Bank əməkdaşlarının, xüsusi ilə kreditlərin verilməsi prosesində cəlb edilmiş heyətin professionallığı mühüm rol oynayır”.

Müəllif: Elmir Murad

 

Вся лента