Bundan sonra 25 il sığorta stajı olmayanlar pensiya hüququ əldə edə bilməyəcək – BU GÜNDƏN

10:23 - 30.10.2019


30 oktyabr, Fineko/abc.az. Bu aydan minimum pensiya məbləği 200 manata çatdırılandan sonra pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb.

Belə ki, hazırda güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 800 manat minimum pensiya kapitalı olmalıdır.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov pensiyaya çıxmaq üçün tələb olunan şərtləri şərh edərkən bildirib. İqtisadçı qeyd edib ki, əgər, vətəndaş 25 il işləməyibsə və 28 800 manat kapital yığa bilməyibsə o zaman pensiya hüququ əldə edə bilmir. “Yəni bu halda ona pensiya təyin edilmir” deyə V.Bayramov əlavə edib. Minimum pensiya kapitalının minimum pensiya məbləğinə uyğun müəyyənləşdiyini vurğulayan iqtisadçı onun düsturunu da izah edib:  “Minimum pensiya kapitalı = minimum pensiya məbləği X 144 ( 12 il X 12 ay). İndiki halda minimum pensiya məbləği 200 manat olduğundan 200 manat X 144= 28800 manat minimum kapital tələb olunur. Gələcəkdə minimum pensiya artacağı halda minimum pensiya kapitalı da artacaq. Məsələn, əgər minimum pensiya 300 manat olarsa o zaman minimum pensiya kapitalı 43200 manat olacaq. Bu o deməkdir ki, minimum pensiya 300 manata çatan zaman 25 il iş stajı olmazsa yalnız 43200 manat və daha çox pensiya kapitalı toplaya bilənlər pensiyaya çıxa biləcəklər”.

Müəllif: Elmir Murad

 

 

Вся лента