“Bank Avrasiya” maliyyə vəziyyətini açıqladı – 5 Milyon manatdan çox xalis mənfəət qazanıb

11:58 - 30.10.2019


30 oktyabr, Fineko/abc.az. “Bank Avrasiya” 2019-cu ilin 9 ayı (yanvar-sentyabr) üçün maliyyə vəziyyətini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, bankın sözügedən dövrdə qeyri-faiz gəlirləri 240,26 min manat və ya 19,33% artaraq 1 milyon 242 min manat təşkil edib. Qeyri-faiz xərcləri isə 199 min manat və ya 5,885 % artaraq 3 milyon 585 min manat olub.

Beləliklə, ilk 9 ayın nəticəsi olaraq «Bank Avrasiya»nın xalis əməliyyat mənfəəti 4 milyon 226 min manat olub.

Hesabata əsasən, bank əvvəlki dövrlərdə mümkün zərərlərdən qorunmaq üçün ayırmalarından da 1 milyon 699 min manat geri çəkib. Artan təkcə qeyri-faiz gəlirləri olmayıb. Bəhs olunan dövrdə bankın xalis mənfəəti də artıb. Belə ki, bank 2019-cu ilin yanvar- sentyabr aylarını 5 milyon 926 min manat xalis mənfəətlə başa vurub. Bankın ötən il xalis mənfəəti 2 milyon 674 min manat olmuşdu. Beləliklə bank ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox xalis mənfəət əldə edib.

Müəllif: Elmir Murad

 

Вся лента