Bağlanan banklarda pulları qalanların DİQQƏTİNƏ!

12:25 - 30.10.2019


30 oktyabr, Fineko/abc.az. Ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək olan kreditor tələblərinin ödənilməsi davam edir.

 ABC.AZ xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan bildiriblər. Kreditor tələbinin ödənilməsi isə  nağdsız qaydada “Kapitalbank” ASC-də həyata keçirilir.

Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslər “Kapitalbank” ASC-nin müvafiq filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət edə bilərlər.

Müəllif: Elmir Murad

 

 

Вся лента