Məmurlarımızın əksəriyyəti dövlət büdcəsi hesabına bizneslə məşğul olurlar - Millət vəkili

14:47 - 30.10.2019


30 oktyabr, Fineko/abc.az. “Biz “Gəlir deklorasiyası haqqında” qanun qəbul etmişik. Prezident Nazirlər Kabinetinə göstəriş verib ki, normativ sənədi hazırlayın.

Yəni necə doldurulmalıdı, nələr olmalıdı burada əks olunmalıdır və sairə. Amma təxminən 10 ilə yaxındır ki, həmin normativ sənəd hazırlanmır və heç bir məmur gəlir deklorasiyası vermir”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov “İctimai TV”-nin “Diqqət Mərkəzi – Yekun” proqramında deyib.

Sözügedən normativin hazırlanmasının vacibliyini vurğulayan millət vəkili məmurların biznesini necə qurduqlarına da toxunub: “Sabah o gəlir deklorasiyası verəndə deyəcəyik ki, hardan almısan bu vəsaiti, hardan biznesə vəsait qoymusan, nəyin hesabına qoymusan?! Çünki məmurlarımızın əksəriyyəti açığın deyim dövlət büdcəsi hesabına bizneslə məşğul olurlar. Yoxsa kənardan gedib kimsə bizneslə məşğul olmur. Yəni gəlir deklorasiyası mütləq həll olunmalıdır. İndi tutalım ki, 28 ilin müstəqil dövründə müəyyən hakimiyyətlər olub, qarmaqarşılqar olub, özəlləşdirmədə ciddi proseslər olub, əyrintilər olub və sairə müəyyən əmlaklar, vəsaitlər əldə ediblər. Bu insanlar onsuzda bu pulu qazanıblar, bunların əlindən onsuzda bu pulu almaq mümkün deyil. Biz deyirik ki, gəlin maliyyə amnistisiyası aparaq, qanun qəbul edək, həmin insanlar həmin vəsaitin müəyyən hissəsini gətirsinlər Azərbaycanda investisiya qoysunlar, tikinti işləri aparsınlar və sairə. Yalnız qanunda gösrtərək ki, həmin vəsaitlər terrorizmdə, narkobiznesdə və digər belə sahələrdə istifadə oluna bilməz”.

Müəllif: Elmir Murad

 

Вся лента