330x100
 

Moodys “Bank Respublika”nın reytinq üzrə proqnozunu “Stabil”dən “Pozitiv”ə yüksəldib

30.10.2019,15:13


30 oktyabr, Fineko/abc.az. Moody's beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın reytinqi üzrə proqnozunu "stabil" dən "pozitiv" ə dəyişib. Agentlik, həmçinin bankın yerli və xarici valyutadakı uzunmüddətli depozit reytinqini "B3" səviyyəsində təsdiqləyib.

Moody's analitikləri "pozitiv" proqnozun bankın kapital adekvatlığı göstəricilərinin və aktivlərin keyfiyyətinin yaxşılaşdığını əks etdirdiyini qeyd ediblər, həmçinin gələcəkdə maliyyə sabitliyinin daha da yaxşılaşacağını gözlədiyini vurğulayıblar.

"Moody's agentliyi tərəfindən bankın reytinq proqnozunun yüksəldilməsi bankın ölkənin maliyyə bazarında lider mövqeyini təsdiqləyir. Hesabatdan göründüyü kimi, Bankın bütün göstəriciləri dinamik artım nümayiş etdirməyə davam edir. Belə ki, reytinq agentliyi tərəfindən kapitalın adekvatlığı, mənfəət, aktivlərin keyfiyyəti kimi əsas göstəricilərdə əhəmiyyətli dərəcədə artım olduğu vurğulanıb.

Xüsusilə qeyd etmək istərdim ki, qeyd olunan müsbət tendensiya bankın prioritet sahəsi olan real sektora verilən kreditlərin həcminin artmasına əsaslanır. Belə ki, mikro, kiçik və orta sahibkarlığa verilən kreditlərinin həcmi bankın ümumi portfelində 74% təşkil edir. Biz bundan sonra da iqtisadiyyatın real sektoruna verilən kreditlərin həcmini artırmaq niyyətindəyik və eyni zamanda müştərilərimizə yüksək keyfiyyətli xidmət və rahat servis göstərməyə davam edəcəyik”, deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Ключевые слова: Bank Respublika