Sentyabrda qeyri-neft sektoru üzrə ixrac 136 mln. dollar təşkil edib

15:57 - 30.10.2019


30 oktyabr, Fineko/abc.az. 2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac 136 milyon dollar təşkil edib. Bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 22 milyon  dolları və ya 19 %  artım deməkdir.

Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayına əsasən xəbər verir.

Hesabatda qeyd olunur ki, cari ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (38,5 milyon dollar), Türkiyəyə (25,4  milyon dollar), İsveçrəyə (13,9 milyon dollar), Gürcüstana (12,5  milyon dollar) və Çinə (5,4 milyon dollar)  ixrac edilib.

2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,1 milyon dollar) birinci, qabığı təmizlənmiş meşə fındığı (11,7 milyon dollar)  ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,1 milyon dollar)  üçüncü olub.

 


Вся лента