Əhalinin kredit təşkilatlarına borcu artıb – 2 Milyarda manata yaxın

11:39 - 31.10.2019


31 oktyabr, Fineko/abc.az. Əhalinin kredit təşkilatlarına borcu bu ilin 9 ayında 1 milyard manata yaxın artıb.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, əhalinin kredit təşkilatlarına borcu bununla kifayətlənməyib.

Belə ki, sözügedən artım ötən 20 ayda da 1,8 milyard manata yaxın artaraq 6 milyard 292 milyon manata çatıb. Statisikaya əsasən, 2019-cu ilin yanvar-sentyabr dövründə (9 ay ərzində) Azərbaycandakı kredit təşkilatlarının cəmi kredit qoyuluşları 1 milyard 223 milyon manat artıb və sentyabr ayının sonunda 14 milyard 243 milyon manat olub. Artımın 80%-i və ya 972 milyon manatı istehlak kreditləri ilə bağlıdır.

Sentyabrın sonunda  14 milyard 243 milyon manatlıq kredit qoyuluşlarının 6 milyard 292 milyon manatı və ya 44,2%-ni ev təsərrüfatlarına verilən kreditlərdir (istehlak kreditləri).

Qeyd edək ki, avqustun sonunda ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 43,9%, ötən ilin sonunda isə 40,9% idi. Beləliklə istehlak kreditlərinin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 3.3 bənd artıb.

Müəllif: Elmir Murad

 

Вся лента