İstehlak kreditləri artıb – 1 Milyard manata yaxın

12:12 - 31.10.2019


31 oktyabr, Fineko/abc.az. 2018-ci ilin sonundan ötən 9 ay ərzində istehlak kreditləri 972 milyon manat artıb.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, real sektora verilən cəmi kreditlər isə 251 milyon manat artıb. Avqust ayının sonu ilə müqayisədə sentyabr ayında ev təsərrüfatlarına verilən kreditlər 200 milyon 517 min manat artıb.

Qeyd edək ki, ötən ilin əvvəlində (yanvar) ev təsərrüfatlarına verilən cəmi kreditlər 4 milyard 522 milyon manatadək geriləmişdi və cəmi kreditlərdə xüsusi çəkisi 38,8% təşkil etmişdi. Ötən 20 ayda ev təsərrüfatlarına verilən cəmi kreditlər 1 milyard 770 milyon manat artıb.

Müəllif: Elmir Murad

 

Вся лента