Problemli kreditlərlə bağlı statistika açıqlandı – Həcmi azalıb

12:13 - 31.10.2019


31 oktyabr, Fineko/abc.az. Problemli kreditlər avqustun sonunda 1 milyard 491.2 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən kreditlər sentyabrın sonunda isə 1 milyard 442.9 milyon manata düşüb.

Bununla da ötən ay ödəmə vaxtı keçmiş kreditlərin məbləği 48.3 milyon manat azalıb. Sentyabrın sonunda 14 milyard 243 milyon manat təşkil etmiş cəmi kredit qoyuluşlarının 10,1%-i problemli olub.

Qeyd edək ki, avqustun sonunda bu nisbət 10.8% idi.

Müəllif: Elmir Murad

 

Вся лента