Bir sıra kreditlərin verilməsinin cəlbediciliyi azalacaq – YENİ QAYDALARA ƏSASƏN

15:30 - 31.10.2019


31 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edib.

ABC.AZ xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı ekspert Vüqar Bayramov dəyişikliklərə münasibət bildirirərək, qeyd edib ki, Tənzimləmənin bu formatda təşkili, banklar üçün biznes kreditləri ilə müqayisədə istehlak kreditlərinin verilməsinin cəlbediciliyini azaldacaq.

Onun sözlərinə görə, bunun nəticəsində, istehlak kreditlərinin artım tempi zəifləyəcək və əhalinin izafi borclanması məhdudlaşacaq. “Bu isə bankları real sektoru maliyyələşdirməkdə daha maraqlı edə bilər” deyə eskpert bilidirib. Qaydalarda requlyativ çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı dəyişikliklərin də yer aldığını vurğulayan V.Bayramov bunun üstünlüklərinə də toxunub: “Belə ki, kredit riskləri üzrə BASEL II Yeni Standart Yanaşmaya tam keçiləcək , o cümlədən beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqlər əsaslı suveren və korporativ qiymətli kağızların risk dərəcələri üzrə təsnifləşdiriləcək. Bununla yanaşı, Bazel II və III nəsil prinsiplərinin tətbiqi məqsədilə Qaydalara bazar və əməliyyat risklərinə qarşı kapital buferi formalaşdırılması tələbi əlavə edilib. Bu cür tələblərin gətirilməsi prudensial tənzimləmənin beynəlxalq səviyyəyə qaldırılması, bank sektorunun kredit risklərindən əlavə bazar və əməliyyat risklərinə qarşı da dayanıqlığının artırmağa xidmət edir”.

Müəllif: Elmir Murad

 

Вся лента