“Yapı Kredi Bank Azərbaycan”-ın xalis mənfəəti artıb – 1 Milyon manatdan çox

16:31 - 31.10.2019


31 oktyabr, Fineko/abc.az. “Yapı Kredi Bank Azərbaycan” QSC  2019-cu ilin yanvar-sentyabr dövrünü 3 milyon 773 min manat xalis mənfəət ilə başa vurub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 68 min manat və ya 39,5% çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə bankın bu ilin yanvar-sentyabr ayları üçün açıqladığı maliyyə göstəricilərində qeyd olunub.

Hesabata əsasən, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə  2019-cu ilin analoji dövründə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin faiz gəliləri  4,1% azalaraq 24 milyon 953 min manat,  qeyri- faiz gəlirləri isə 14% azalaraq 10 milyon786 min manat təşkil edib.

2019-cu ilin 9 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri 35  milyon 739 min manat, cəmi xərcləri isə 23 milyon 912 min manat təşkil edib. Nəticədə Bankın 11  milyon 828 milyon manat əməliyyat mənfəəti formalaşıb. Əməlyyat mənfəətindən 6 milyon 988 min manat ehtiyata ayrılıb və 1 milyon 261 min manat mənfəət vergisi ödənilib. Nəticədə 3 milyon 773 min manat xalis mənfəət qalıb.

Müəllif: Elmir Murad

 

Вся лента