Bakı Fond Birjası 2017-ci ilin 11 ayı üzrə brokerlərin renkinqini təqdim etdi

12:51 - 18.12.2017


18 dekabr, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) cari ilin yanvar-noyabr ayları ərzində dövlət və korporativ qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcmi üzrə brokerlərin renkinqini dərc edib.

BFB-nın məlumatında deyildiyi kimi, ”Unicapital İnvestisiya şirkəti” ASC  2017-ci ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında dövlət və korporativ qiymətli kağızlar bazarında brokerlərin renkinqində liderdir.

Daha sonra siyahıda “PASHA Capital İnvestisiya şirkəti” QSC, “Invest-Az İnvestisiya şirkəti” QSC, “AzFinance İnvestisiya şirkəti” QSC, “Xalg Capital İnvestisiya şirkəti” QSC,  “PSG Capital İnvestisiya şirkəti”  QSC və “Capital Managment İnvestisiya şirkəti” ASC qeyd edilir.

 

2017-ci ilin yanvar-noyabr ayları ərzində göstərilmiş
xidmətlərin həcmi üzrə DQK və KQK bazarında brokerlərin renkinqi
Xidmətlərin
həcmi üzrə cari yer
Brokerlərin adı Broker
xidmətlərinin
məbləği (AZN)
1 Unicapital 4 318 709 588
2 PASHA Capital 4 087 124 791
3 İnvest-Az 2 580 239 077
4 AzFinance 1 847 889 196
5 Xalg Capital 380 120 676
6 PSG Capital 242 362 597
7 Capital Management 53 258 858

 

"İnvest-Az İnvestisiya Şirkəti" QSC Törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

 

 

 

Вся лента