Təşkil edilmiş ixrac missiyaları çərçivəsində Azərbaycan şirkətləri 30 müqavilə bağladı

12:54 - 18.12.2017


18 dekabr, Bakı, Fineko/abc.az. Azərbaycan İqtisadiyyat Nazirliyi  cari il ərzində 10 ixrac missiyası təşkil edib.

Azərbaycan Respublikası  İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev mətbuat konfransında bildirdi ki, son iki missiya Dubaya və Ciddəyə göndərilmişdir.

"Cari il ərzində təşkil edilmiş 10 missiya çərçivəsində 30 müqavilə bağlanmış, 10 müqavilə artıq qüvvədədir. İki son missiya çərçivəsində daha iki müqavilə bağlanmışdır ki, onlar gələn ildən qüvvədə olacaq", - deyə Y.Abdullayev bildirib.

 

Вся лента