“Bank of Baku” maliyyə göstəricilərini açıqlayıb - Hesabat

10:54 - 1.11.2019


1 noyabr, Fineko/abc.az. “Bank of Baku”-nun maliyyə göstəriciləri məlum olub.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, bankın aktivləri cari ilin 9 ayında 298 milyon 131 min manat təşkil edib. Bu isə 2018-ci ilin sonu ilə müqayisədə 1 milyon 940 min manat və ya 0,64% azdır. Sözügedən dövrdə “Bank of Baku”-nun tək aktivləri azalmayıb, öhdəlikləri də azalıb. Belə ki, ötən ilin yekunu ilə müqayisədə bankın öhdəlikləri 33 milyon 582 min manat və ya 12,91% azalıb.

Müəllif: Elmir Murad

 

Вся лента