SOCAR-da kadr dəyişikliyi - Təhlükəsizlik İdarəsinin rəisi müşavir oldu

12:38 - 1.11.2019


1 noyabr, Fineko/abc.az. SOCAR-ın idarə və müəssisələrinin rəhbərliyində dəyişiklik olub.

Şirkətdən ABC.AZ-a verilən  məlumata görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi, “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri, Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR-ın prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.

Qeyd edək ki, təyinatlar müvəqqəti xarakter daşıyır.

Müəllif: Elmir Murad

 

Вся лента