Elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyə artıb - 24,9 faiz

15:22 - 1.11.2019


1 noyabr, Fineko/abc.az. Qeyri-neft sektorunun ümumi dövriyyəsində elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 55,2 faizdən 63,3 faizə yüksəlib, elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin həcmi isə 24,9 faiz artıb.

ABC.AZ xəbər verir ki, cəmi dövriyyədə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi qeyri-neft sənayesində 69,7 faizdən 84,4 faizə, ticarətdə 48,2 faizdən 55,8 faizə (o cümlədən topdansatış ticarətdə 66,2 faizdən 81,6 faizə), tikintidə (neft-qaz sektoruna xidmət edən vergi ödəyiciləri istisna olunmaqla) 83,9 faizdən 88,9 faizə, kənd təsərrüfatında 50,7 faizdən 91,8 faizə, digər fəaliyyət sahələrində isə 63,9 faizdən 83,9 faizə yüksəlib. Elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyələrdə ən yüksək artım kənd təsərrüfatında (1,9 dəfə), ticarətdə (43,8 faiz), o cümlədən pərakəndə ticarətdə (48 faiz) və topdansatış ticarətdə (42,7 faiz), qeyri-neft istehsal sahəsində (31,1 faiz), xidmətdə (neft-qaz sektoruna xidmət edən vergi ödəyiciləri nəzərə alınmadan - 20,1 faiz), o cümlədən ictimai iaşədə (28,6 faiz), rabitədə (21,1 faiz) və digər fəaliyyət sahələrində (19,4 faiz) qeydə alınıb.

Bu proseslərin təsiri nəticəsində bank hesabları üzrə nağdlaşdırılan vəsaitlərin həcminin azaldığı, özəl sektor müəssisələrinin banklardakı cari hesablaşma hesablarının qalığında (milli valyutada) yüksək artım dinamikası müşahidə olunur.

Müəllif: Elmir Murad

 

Вся лента