Azərbaycanda 1 milyard manatdan çox ipoteka krediti verilib – HESABAT

15:42 - 1.11.2019


1 noyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət istiqamətləri üzrə göstəricilərini açıqlayıb.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, bu ilin noyabrın 1-ə  27 min 113 sayda ipoteka kreditləri verilib.  Hesabata əsasən, sözügedən dövrə qədər 1 milyard 344 milyon 686 min manatlıq ipoteka krediti verilib. Açıqlanan məbləğin 46 milyon 859 min manatına zəmanət verilib. Bəhs olunan dövrə qədər Fond tərəfindən dövriyyə 707,6 milyon manatlıq istiqraz buraxılıb.

Müəllif: Elmir Murad

 

Вся лента