“GünayBank”-ın xalis mənfəəti, əməliyyat mənfəəti və cəmi gəlirləri azaldı – Rəqəmlər

11:55 - 4.11.2019


4 noyabr, Fineko/abc.az. “GünayBank” ASC-nin xalis mənfəəti azalıb.

ABC.AZ xəbər verir ki, bankın 2019-cu ilin 9 ayı (yanvar-sentyabr) üçün açıqladığı maliyyə göstəricilərinə görə, “GünayBank” ASC sözügedən dövrü 1 milyon 11 min manat xalis mənfəət ilə başa vurub.  Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 279 min manat və ya 21,6% azalma deməkdir. Belə ki, bankın 2018-ci ilin 9 ayında xalis mənfəəti 1 milyon 290 min manat olmuşdu.

Xalis mənffəti azalsa da, bankın bəhs olunan dövrdə faiz gəlirləri artıb. Yanvar və sentyabr ayında “GünayBank” ASC-nin faiz gəlirləri 15 min manat artaraq 8 milyon 903 min manat, qeyri-faiz gəlirləri isə 3 milyon 817 min manat azalaraq 5 milyon 392 min manat təşkil edib. Artan təkcə faiz gəlirləri olmayıb. Bankın xərcləri də artanlar sırasındadır. 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar- sentyabr dövründə “GünayBank”ın faiz xərcləri 2 milyon 555 min manat artaraq 6 milyon 579 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 361 min manat azalaraq 5 milyon 924 min manat təşkil edib.

“GünayBank”ın cəmi gəlirlərinin 3 milyon 802 min manat azalması ilə bərabər, cəmi xərcləri 1 milyon 194 min manat artıb. Nəticədə əməliyyat mənfəəti 4 milyon 996 min manat azalaraq 6 milyon 788 min manatdan 1 milyon 791 min manata düşüb.

Müəllif: Elmir Murad

 

Вся лента