ESET şirkəti Azərbaycan üzrə kiber təhdidlərinin noyabr ayın üçün reytinqini təqdim edir

14:22 - 18.12.2017


ESET şirkəti 2017-ci ilin noyabr ayı üzrə Azərbaycanda zərərverici proqram təminatlarının aktivliyi barədə hesabatı təqdim edir. Hesabat ESET LiveGrid bulud sisteminin köməyi ilə tərtib edilmişdir.

 

Noyabr ayında ESET şirkətinin viruslar labaratoriyası ən azı 2011-ci ildən mövcud olan “Windigo” botneti haqqında yeni hesabatını hazırlamışdır. Cəmi bir neçə il ərzində onun operatorları 25 mindən çox Linux və UNİX serverləri, o cümlədən Windows ƏS əsasında işləyən və ОС, OS X, OpenBSD, FreeBSD və Linux bazasında çalışan cihazlarına zərər yetirmişdir.

 

2015-ci ilin avqust ayında botnet fəaliyyətinin təşkilində təqsirləndirilən şəxslərdən biri olan Maksim Senax həbs edilmişdir. 2017-ci ilin mart ayında isə Maksim Senax kompyuter dələduzluğu və informasiya texnologiyalarından sui-istifadə haqqında qanununun tələblərini pozduğunu etiraf etdi.

 

Senaxın həbsinə baxmayaraq, “Windigo” fəaliyyətini indiyədək dayandırmayıb. ESET şirkəti tərəfindən botnetin əsas komponentlərindən olan Linux/Ebury proqramlarının yeni nümunələrinin təhlili göstərdi ki, hücumlar üçün Ebury proqramının geniş tətbiqi davam edir. Həmçinin, botnetin tərkibində spam göndərişləri üçün istifadə edilən Win32/Glupteba kimi yeni proqramlar aşkar edilmişdir.

 

Azərbaycan üzrə kiber təhdidlərin reytinqinə reklam proqram təminatı sinifinə aid olan JS/Adware.AztecMedia başçılıq edir. Adware arzuolunmaz reklam kontentini nümayiş etdirilməsi üçün nəzərdə tutulub, onun kodu HTML-səhifələrinə daxil olunur.  Portativ yaddaş daşıyıcıları vasitəsilə yayılan Win32/Bundpil “qurdunun” aktivliyində artım müşahidə olunur.

 

Dünya üzrə təhdidlərin siyahısında SMB/Exploit.DoublePulsar və zərərverici proqram təminatını daşıyan saytlara yönləndirmə üçün istifadə edilən JS/Redirector troyan proqramı dinamikaya görə digərlərdən üstündür.

 

Noyabr ayında Azərbaycandakı ESET NOD32 isitfadəçilərinin 7,68 %-i kompyuterlərinin zərərverici PT tərəfindən yoluxması cəhdlərinin hədəfi olub.

 

ESET şirkəti şübhəli sayt və linkləri inkar etmək, əməliyyat sistemi və digər proqramları vaxtı-vaxtında yeniləmək, habelə PK və mobil cihazlarınızı müasir antivirus proqram təminatı ilə müdafiəsini təmin etməyi tövsiyyə edir.

 

 

Вся лента