AMB depozit hərracında 100 milyon manat cəlb etdi

12:24 - 4.11.2019


4 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 4 noyabr tarixində keçirilən hərracda Mərkəzi Bank 100 milyon manat cəlb edib.

“Depozit hərracında təklif 558,7 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdir. Vəsaitlər 14 gün müddətinə cəlb edilib”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir. 

 

Вся лента