Neft qiymətləri ötən günkü kəskin artımdan sonra çərşənbə axşamı günü ticarətində sabitdir

10:15 - 5.11.2019


5 noyabr, Fineko/abc.az. Çərşənbə axşamı ticarətində, əvvəlki sessiyanın yekununda müşahidə edilən kəskin artımdan sonra neftin etalon markalarının qiymətləri sabitdir.

Noyabrın 5-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,44 (0,71%) artaraq bir barelə $62,13 təşkil etmişdir.

Saat 9:30-da Brent markalı neftin dekabr fyuçersi $0,03 (0,05%) artaraq bir barelə $62,16 təşkil edib.

NYMEX birjasında noyabrın 4-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,34 (0,6%) artaraq bir barelə $56,54 təşkil etmişdir.

WTI markalı neftin dekabr fyuçersi  saat 9:30-da $0,02 (0,04%) azalaraq bir barelə $56,52 təşkil etmişdir.

 

Вся лента