Expressbank-dan tələbələrə dəstək!

10:50 - 5.11.2019


5 noyabr, Fineko/abc.az.  Expressbank-da maarifləndirici layihələrin keçirilməsi artıq ənənə halını alıb.

Gənc nəslin inkişafı, onların gələcək fəallığına motivasiyası bankın korporativ-sosial məsuliyyətinin əsas prinsiplərindən biridir. Məhz bu səbəbdən 1 noyabr tarixində Bakı Kitab Mərkəzində Expressbank  tərəfindən “Tələbə-könüllü proqramı”- nın gənc üzvləri üçün növbəti  “Uğurlu gələcəyə dəstək” tədbiri keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini, gənclərin faəllığını motivasiya edən kitabların müəllifi  Nadir Adilman ilə Dövlət İqtisad Universiteti və iqtisad təmayüllü təhsil ocaqlarının tələbələrinin görüşü baş tutdu. İşgüzar inkişaf yazarı gəncləri maraqlandıran aktual mövzulara toxunaraq, tələbələrin müxtəlif suallarını cavablandırdı.

Görüş zamanı 100-dən artıq tələbəyə yazıçının imzası ilə kitab və Expresso debet kartının pulsuz əldə olunması üçün kupon hədiyyə olunub, nağdsız ödənişlərin üstünlükləri barədə məlumat təqdim edildi.

Tədbirin maraqlı məqamları ilə növbəti linkdən tanış ola bilərsiniz:   https://www.youtube.com/watch?v=y9B1AV3z7hM

Вся лента