Azərbaycanda 1 milyard manatdan çox kredit qoyuluşunun ödəmə vaxtı keçib – Mərkəzi Bank

11:36 - 5.11.2019


5 noyabr, Fineko/abc.az. Azərbaycanın kredit təşkilatlarının xarici valyutada kredit qoyuluşları 109 milyon manat artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Belə ki, 2019-cu ilin avqust ayının sonunda 4 milyard 758 milyon manat olan xarici valyutadakı kredit qoyuluşları sentyabrın sonunda 4 milyard 867 milyon manata çatıb. 2019-cu ilin aprel ayında 4 milyard 643 milyon mantadək düşmüş cəmi xarici valyutadakı kreditlər ötən müddətdə 224 milyon manat artıb. Sentyabr ayının sonunda cəmi xarici valyutadakı kredit qoyuluşları 4 milyard 867 milyon manata çatsa da hələ də ötən ilin sonundakı səviyyə (4 milyard 946 milyon manat) ilə müqayisədə azdır.

30 Sentyabr 2019-cu il tarixində cəmi kredit qoyuluşları 14 milyard 242 milyon manat, o cümlədən milli valyutada kredit qoyuluşları 9 milyard 375 milyon manat, xarici valyutada kredit qoyuluşları 4 milyard 867 milyon manat təşkil edib. Kredit qoyuluşlarının 1 milyard 443 milyon manatının ödəmə vaxtı keçib. 2019-cu ilin 9 ayı ərzində cəmi kredit qoyuluşları 1 milyard 223 milyon manat artıb, o cümlədən milli valyutada kredit qoyuluşları 1 milyard 302 milyon manat artıb, xarici valyutada kredit qoyuluşları isə 79 milyon manat azalıb.

Müəllif: Elmir Murad

 

Вся лента