AÇG üzrə fəaliyyətlərə 418 mln. əməliyyat və 1034 mln. dollar əsaslı məsrəflər xərclənib

12:26 - 5.11.2019


5 noyabr, Fineko/abc.az. 2019-cu ilin doqquz ayı ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə 418 milyon dollardan artıq əməliyyat məsrəfləri və 1034 milyon dollara yaxın əsaslı məsrəflər xərclənmişdir.

Bu barədə ABC.AZ “BP Azerbaijan” şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, 2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinə sanksiya verildi. 6 milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilmişdir və istismar müddəti ərzində onun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.

 

 

Вся лента