AÇG-dən SOCAR-a doqquz ayda 6 mlrd. kubmetr səmt qazı verilib

14:28 - 5.11.2019


5 noyabr, Fineko/abc.az. 2019-cu ilin ilk üç rübü ərzində AÇG-dən  (Azəri-Çıraq-Günəşli)  SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,7 milyon kubmetrdən artıq, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilmişdir.

Bu barədə ABC.AZ “BP Azerbaijan” şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Вся лента