Azərbaycan Beynəlxalq Bankın faiz xərcləri azalıb – 9 ayda

14:42 - 5.11.2019


5 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Azərbaycan Beynəlxalq Bankı” bu ilin 9 ayı (yanvar-sentyabr) üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir bəhs olunan dövrdə bankın faiz gəlirləri 308 milyon 866 min manat ikən, bu ilin eyni dövründə 334 milyon 194 min manat təşkil edib, yəni 8,2% artıb. O cümlədən, müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri isə 127 milyon 861 min manatdan 144 milyon 282 min manata qalxıb (12,8% artım).

Artan təkcə müşətrilərə verilmiş kreditlər və faiz gəlirləri olmayıb. Bankın qyeri-faiz gəlirləri də artanlar sırasındadır. Belə ki, ötən ilin 9 ayında “Azərbaycan Beynəlxalq Bankı”nın qeyri-faiz gəlirləri 80 milyon 716 min manat olmuşdusa bu ilin eyni dövründə 100 milyon 335 min manat təşkil edib (24,3% artım). Bankın faiz gəlirləri artsa da, faiz xərcləri azalıb. Yəni ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə “Azərbaycan Beynəlxalq Bankı”nın faiz xərcləri 20,7% azalaraq 71 milyon 684 min manat, qeyri-faiz xərcləri isə 37% artaraq 113 milyon 176 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Вся лента