“Azər-Türk Bank”-da cəmi depozitlər azalıb - 20 Milyon manatdan çox

15:37 - 5.11.2019


5 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Azər-Türk Bank” ASC 2019-cu ilin yanvar-sentyabr dövrü (9 ay) üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, 30 Sentyabr 2019-cu il tarixində bank 351 milyon 879 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 172 milyon 699 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin sonunda “Azər-Türk Bank”ın cəmi aktivləri 370 milyon 242 min manata və müştərilərə verilən kreditlər 175 milyon 399 min manata bərabər idi. “Azər-Türk Bank” banklar və digər maliyyə institutlarındakı depozitlərini 15 milyon 473 min manat artıraraq 25 milyon 673 min manata çatdırıb. Bəhs olunan dövrdə bankda cəmi depozitlər 20 milyon 224 min manat azalaraq 184 milyon 681 min manata düşüb, o cümlədən fiziki şəxslərin depozitləri 33 milyon 721 milyon manat azalaraq 76 milyon 731 milyon manata geriləyib, hüquqi şəxslərin depozitləri isə 13 milyon 497 milyon manat artaraq 107 milyon 950 min manata yüksəlib. 30 Sentyabr 2019-cu il tarixində adıçəkilən bank 55 milyon 717 min manat cəmi balans kapitalına malik olub. Ötən ilin sonunda bu rəqəm 55 milyon 403 min manat idi.  Eyni tarixdə “AzərTürk Bank”ın məcmu kapitalı 52 milyon 225 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Вся лента