TuranBank gənc mütəxəssislərin yetişməsinə dəstək olur

16:22 - 5.11.2019


5 noyabr, Fineko/abc.az.   TuranBankın uzun müddətdir ki, həyata keçirilən “Gənc İstedadlara Dəstək” adlı layihəsi uğurla davam edir. Yeni əməkdaşların hazırlanması məqsədilə təşkil olunan layihənin növbəti qrupu üzrə təlimlər başa çatmışdır.

Qeyd edək ki, 7 gün davam edən təlim dövründə bankın baş ofisində departament və şöbə rəhbərləri tərəfindən iştirakçılara təlim keçirildi. Təlimdə əyani olaraq iş prosesinin aparılması, bir başa satış kanallarının, instrumentlərinin və prinsiplərinin əsasları, filiallarda işin qurulması kimi mövzularda nəzəri məlumatlar verildi.

Sözü gedən qrupda təlimləri başa vurmuş 17 nəfərdən 14 təlimçiyə sertifikat təqdim olunub.

Qeyd edək ki, layihənin uğurlu nəticəsi olaraq bu günə qədər təlimdə iştirak edən 145 təcrübəçidən 79 təcrübəçi TuranBankda işlə təmin olunmuş, 21 nəfər isə 2 aylıq hədəfli təcrübə dövründə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanını qazanmışlar.

Təcrübəçiləri təbrik edir gələcək karyeralarında onlara uğurlar arzulayırıq.

TuranBank gənc istedadları üzə çıxarmağa imkan verən uğurlu layihəsini bundan sonra da davam etdirəcəkdir.

 

 

 

TuranBank

Bizimlə etibarlıdır...

 

Вся лента