LG Electronics Inc. 3 ayda 13 milyard dollardan çox gəlir əldə edib - Açıqlama

16:34 - 5.11.2019


5 noyabr, Fineko/abc.az. LG Electronics Inc. (LG) iyul-sentyabr dövrü üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, göstricilərə əsasən, üçüncü rüb üçün şirkət 13.15 milyard ABŞ dolları həcmində rekord konsolidasiya edilmiş gəlir və 654.4 milyon ABŞ dolları həcmində əməliyyat qazancları əldə edib.

Şirkətin satışlar 1.8% artıb və əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4.4% çoxalıb. Artımlarda əsas pay məişət texnikası, ev əyləncəsi cihazları və biznes həllərinin kütləvi satışına düşüb. Rüblük mobil kommunikasiya itkilərində isə azalma müşahidə olunub.

LG Məişət Texnikası və Havalandırma Həlləri şirkəti Şimali Amerika, Avropa, Asiya və Yaxın  Şərqdə qeydə alınmış yüksək satış göstəriciləri nəticəsində ötən ilin eyni dövrünə nisbətən ümumi satışlarda 10% artım əldə edib. Bununla da şirkət, 4.46 milyard ABŞ dolları həcmində ən yüksək üçüncü rüb satışına nail olub. Artan satışlar, davam edən xərc azalmaları və aşağı xammal qiymətləri sayəsində isə şirkətin əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3.8% artaraq 359.2 milyon ABŞ dollarına çatıb.

Müəllif: Elmir Murad

 

Вся лента