Doqquz ayda Şahdəniz üzrə fəaliyyətlərə 481 mln. dollar əməliyyat xərcləri çəkilib

10:09 - 6.11.2019


6 noyabr, Fineko/abc.az. 2019-cu ilin üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə 481 milyon dollar əməliyyat xərcləri və 818 milyon dollardan artıq əsaslı xərclər çəkilmişdir.

Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Bu barədə ABC.AZ “BP Azerbaijan” şirkətinə istinadən məlumat verir.

Qeyd edək ki, Şahdənizdə iştirak payları BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%) məxsusdur.

 

 

Вся лента