Dünya Bankı Qrupu Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarına maliyyə inklüzivliyinin gücləndirilməsinə kömək edəcək

16:08 - 6.11.2019


6 noyabr, Fineko/abc.az.  Azərbaycan Respublikasında yoxsulluqla mübarizə və iqtisadi artımın genişləndirilməsi istiqamətində görülən işlərin icrası ilə əlaqədar olaraq, Dünya Bankı Qrupunun IFC tərəfindən həyata keçirilən layihə çərçivəsində bu gün ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişafının dəstəklənməsinə yönəldilən saziş imzalamışdır.

 

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi SECO ilə tərəfdaşlığı çərçivəsində IFC, Azərbaycan Respublikasının milli qurumu olmaqla ölkənin kredit təşkilatlarını təmsil edən  Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlıq edəcəkdir.  IFC, Assosiyasiyaya maliyyə inklüzivliyi və müasirləşməyə töhfə verəcək mütərəqqi rəqəmsal maliyyə xidmətləri paketinin hazırlanmasına dair öz tövsiyələrini təqdim edəcəkdir.

 

Bu əməkdaşlıq xüsusilə bankların filial şəbəkəsi ilə əhatəsi təmin edilməmiş kənd yerlərində həm fiziki şəxslər, həm kiçik sahibkarlıq subyektləri üçün əmanət hesablarının açılması və kreditlərin alınması prosesini əhəmiyyətli dərəcədə asanlaşdırmaq məqsədi güdür. Layihə həmçinin əhalinin rəqəmsal və elektron bank məhsulları sahəsində maarifləndirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasına kömək edəcəkdir. Bu məsələ Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir, çünki əhalinin yalnız 29 faizinin maliyyə təşkilatında hesabı vardır; bu rəqəm isə, Dünya Bankının “Qlobal Findex” adlı maliyyə inklüzivlik üzrə hesabatında verilən məlumatlara əsasən, Avropa və Mərkəzi Asiya regionu üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır.

 

“Texnologiyalar Azərbaycan əhalisinin maliyyə xidmətlərinə çıxış üsullarını müasirləşdirmək potensialına malikdir,” Azərbaycan Banklar Asosiasiyasının sədri cənab Zakir Nuriyev bildirmiş və əlavə etmişdir ki, “IFC ilə tərəfdaşlıq çərçivəsində həyata keçirəcəyimiz bu təşəbbüs yerli maliyyə təşkilatlarına bazarda tələb olunan qabaqcıl məhsullar hazırlamaqla müştərilərinin daimi dəyişən bazar şəraitində tələbatına uyğunlaşmağa imkan verəcəkdir.”

 

Rəsmi adı “Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi” olan bu təşəbbüs Azərbaycan iqtisadiyyatının diversifikasiyası və iqtisadi artımın gücləndirilməsinə, cari halda isə elektron və mobil bank xidmətlərinə dəstək vasitəsilə kömək edən Dünya Bankı Qrupunun geniş strategiyasının tərkib hissəsidir. Bankların uzaqda olan ərazilərə irəliləməsi gələcək barədə verdiyi söz və rəqəmsal bankçılığın potensialını nümayiş etdirir.

 

IFC-nin Azərbaycan üzrə Nümayəndəsi xanım Aliya Əzimova qeyd edir ki, “Kiçik müəssisə və sahibkarlar, xüsusilə neft sektorundan xaric fəaliyyət göstərənlər üçün maliyyə xidmətlərinə çıxış imkanlarını gücləndirməklə onlara öz bizneslərini genişləndirmək, eləcə də yeni iş yerlərini yaratmaq imkanını vermiş oluruq. Bu isə Azərbaycanda yoxsulluqun qarşısını almaq  və qeyri-neft özəl sektorunun inkişafı sayəsində dayanıqlı iqtisadiyyatın qurulması baxımından ən önəmli amillərdəndir.”

 

Ölkədə müştərilərin məsafədən bank hesabı açmasına icazə verən yeni qaydalar qəbul edilmişdir. Bu yeniliklərin məqsədi, bu sahədə digər islahatlarçılarla yanaşı, Azərbaycana kömək etməklə rəqəmsal bankçılığın gələcək inkişafı da daxil olmaqla bankların uzaq məsafələrə çatmasını təmin etməkdir.

Azərbaycan 1995-ci ildə IFC-nin üzvüdür. Həmin dövr ərzində IF-nin ölkəyə toplam investisiyaları səfnərbəretmə işləri üzrə 73 milyon dollarlıq investisiyalar daxil olmaqla 473 milyon dollar təşkil edir. Həmin vəsait hesabına maliyyə xidmətləri, infrastruktur və istehsalat sektorları da daxil olmaqla bir sıra iqtisadi sahələrdə həyata keçirilən 56 layihənin maliyyələşdirilməsi təmin edilmişdi. Bundan əlavə, ticarətin maliyyələşdirilməsi proqramı xətti ilə IFC təxminən 100 milyon dollar məbləğində ticarətin dəstəklənməsi məqsədlərinə, habelə Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinə 250 milyon dollar vəsait ayırmışdır. Eyni zamanda, IFC tərəfindən özəl sektorun inkişafına yönəldilən bir sıra məsləhət layihələri də icra edilmişdir.

 

Вся лента