“Embafinans” hesabat açıqladı - Xalis mənfəəti artıb

16:44 - 6.11.2019


6 noyabr, Fineko/abc.az.  Bank olmayan kredit təşkilatı “Embafinans” MMC 2019-cu ilin 9 ayı üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, təşkilat 2 milyon 640 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, təşkilat ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətini 84% artıb. “Embafinans” 2018-ci ilin 9 ayında 1 milyon 431 min manat xalis mənfəət əldə etmişdi.

Təşkilatın xalis mənfəətinin artması müştərilərə verilən kreditlərin çoxalması ilə gəlirlərin sürətli artımından qaynaqlanır. 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin analoji dövründə “Embafinans”ın faiz gəlirləri 54% artaraq 6 milyon 124 min manat, haqq və komissiya gəlirləri isə 13% artaraq 1 milyon 101 min manat təşkil edib.

Ötən ilin sentyabr ayı ilə müqayisədə “Embafinans” MMC-nin kredit portfeli 2 dəfə artaraq 30 Sentyabr 2019-cu il tarixində 37 milyon 920 min manata çatıb. Ötən ilin eyni tarixində təşkilatın kredit portfeli 19 milyon 50 min manat təşkil etmişdi.

Müəllif: Elmir Murad

 

Вся лента