Naxçıvanda subartezian quyularının tikilməsinə 2 mln. 250 min manat ayrıldı

17:08 - 6.11.2019


6 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə  Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon  250 minmanat ayrıldı.

 

Вся лента