“Azersu” Tərtər rayonunda 17 mindən artıq abunəçinin su təchizatını yaxşılaşdırdı

16:57 - 18.12.2017


18 dekabr, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azersu” ASC Tərtər rayonunda su təchizatı sisteminin yaxşılaşdırılması üzrə layihəni yekunlaşdırdı.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidovun qeyd etdiyinə əsasən,  layihə çərçivəsində rayonun 11 yaşayış məntəqəsində su təchizatı infrastrukturu yaradılıb.

«Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 47 şəhər və rayon mərkəzində, həmçinin 300-dən çox kənddə içməli su layihələrinin icra olunur. 2016-cı ildə Tərtər şəhərində içməli su və kanalizasiya sistemləri yenidən qurulub”, - deyə S.Seyidov bildirdi.

Dövlət başçısının sərəncamı ilə, su təchizatının yaxşılaşdırılması üzrə layihələr, Tərtər rayonunun 11 kəndində həyata keçirilib. Layihə çərçivəsində ümumi uzunluğu 37,4 km olan su xətləri çəkilib və 92 ədəd bulaq quraşdırılıb.

Yeni su təchizatı layihələrindən Tərtər rayonunun 11 kəndinin 17 min 300 nəfər  sakini faydalanıb.

 

Вся лента