"Azercell"-in prezidenti: “5G-ni dəstəkləyən telefonların satışından pul qazanmağı düşünmürük” - EKSKLÜZİV

14:50 - 12.11.2019


12 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Azercell” şirkəti Azərbaycanda 5G texnologiyasının tətbiqinə başlayıb.

Belə ki, artıq bu gündən Fəvvarələr Meydanı ərazisində abonentlər 5-ci nəsil texnologiyadan yararlana bilərlər. Dekabrdan isə sözügedən texnologiya bütün Bakını əhatə edəcək. Yeni nəsil texnologiyasından istifadə etmək üçün abonentlər 5G texnologiyasını dəstəkləyən telefonlara sahib olmalıdır. Şirkət bunu da düşünüb və bunun üçün də Azərbaycana 5G-ni dəstəkləyən telefonlar gətiriləcək. Bəhs olunan telefonların Azərbaycanda qiymətləri ilə maraqlandıq. 

"Azercell"in prezidenti Vahid Mürsəliyev ABC.AZ-a eksklüziv açıqlamasında bildirdi ki, qiymət siyasətini istehsalçılar özləri müəyyən edirlər. Şirkət rəhbərinin sözlərinə görə, "Azercell" 5G-ni dəstəkləyən telefonların satışından pul qazanmağı düşünmür: “Biz istəyirik ki, abunəçilər 5G dəstəkləyən telefonlara sahib olsunlar, internetdən daha rahat istifadə etsinlər. Ona görə də qiymətlıri indidən söyləmək çətindir, çünki modellər fərqli olacaq. Həm Samsung, həm Huawey artıq 5G-ni dəstəkləyən telefonlar istehsal edir. Amma onlar rəsmi olaraq Azərbaycana gəlməyib. Xiaomi şirkətinin də 5G-ni dsətəkləyən bir neçə modeli var. Ona görə indi müxtəlif modellər, müxtəlif qiymətlərə olacaq”.

 

Вся лента