“Atəşgah” sığorta şirkəti Qubada regional ofis açıb

10:12 - 19.12.2017


19 dekabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən biri olan “Atəşgah” sığorta şirkəti yeni regional ofis açıb.

Şirkətin məlumatında deyildiyi kimi, “Atəşgah”ın yeni regional ofisi Quba şəhərinin mərkəzində Fətəli xan küçəsi, 108A ünvanında yerləşir. (Əlaqə telefonu: (+02333 5 23 16)).

“Atəşgah” sığorta şirkətinin həmçinin  Sumqayıt, Mingəçevir, Xaçmaz, Gəncə, Şəki, Lənkəran, Salyan, İsmayıllı, İmişli, Bərdə, Qazax, Zaqatala, Şəmkir və Sabirabadda regional ofisləri fəaliyyət göstərir.

 

Вся лента