Dövlət qurumu avtomobil alır

10:50 - 14.11.2019


14 noyabr, Fineko/abc.az. “MİDA” MMC 2 (iki) ədəd sedan, mühərrikin həcmi 1,6 – 1,8 L, orta təchizatlı minik avtomobilinin alınması üzrə tender keçirir. Tenderdə iştirak haqqı 100 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 03 dekabr 2019-cu il saat 15.00-a , tender təklifini isə 11 dekabr 2019-cu il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az  vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 12 dekabr 2019-cu il saat 15.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 13.11.2019 17:53 tarixindən sonra əldə etmək olar.

 

Вся лента