Bu bank Azərbaycanda daha bir layihə həyata keçirəcək – Təqdimat

11:00 - 14.11.2019


14 noyabr, Fineko/abc.az. Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib.

ABC.AZ xəbər verir ki, layihə vergi orqanlarının inzibatçılıq potensialının artırılmasına yönəlmiş müxtəlif komponentləri əhatə edir. Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin (TA 9799-AZE) təqdimetmə mərasimi keçirilib. Tədbirdə adıçəkilən bankın rezident missiyasının Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov layihə barədə məlumat verib. O, bu layihənin Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq, Asiya İnkişaf Bankı ilə müzakirələrdə müəyyən edilmiş istiqamətlər barədə danışıb.

 Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Asiya İnkişaf Bankı və Koreyanın Bilik Tərəfdaşlığı Fondu ilə həyata keçirilən “Vergi siyasəti və inzibatçılığı potensialının gücləndirilməsi” adlı layihədən danışıb.

Qeyd olunub ki, indiyədək sözügedən bank Azərbaycan hökuməti ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edib, o cümlədən texniki yardım layihələrini icra edib: “Bununla belə, hazırda açılışını etdiyimiz layihə Asiya İnkişaf Bankı ilə Azərbaycanın vergi orqanı arasında ilk texniki yardım layihəsidir”.

Müəllif: Elmir Murad

 

Вся лента