AMB valyuta hərracı keçirib

12:40 - 14.11.2019


14 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 14 noyabr tarixində növbəti valyuta hərracı keçirilib.

“Valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,70 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

Daha əvvəlki, noyabrın 12-də keçirilmiş valyuta hərracında ortaçəkili məzənnənin səviyyəsi həmçinin  1,70 AZN/1 USD təşkil etmişdir.

 

 

Вся лента