Google şirkəti bundan sonra bank kimi də fəaliyyət gösətərəcək – Yaxın Zamanda

11:03 - 15.11.2019


15 noyabr, Fineko/abc.az. Yaxın zamanlarda “Google Pay”-in ekosistem çərçivəsində açıq bank hesabları funksiyası fəaliyyətə başlayacaq.

ABC.AZ xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Belə ki, layihəyə əsasən sözügedən sistem istifadəçilər arasında sadəcə vasitəçi rolunu oynayacaq. Sözügedən sistemi ABŞ-ın digər texnoloji şirkətləri də həyata keçirir.

Qeyd edək ki, ehtimala görə, Google Cache servisi gələn ilin əvvəlində istifadəyə veriləcək.

Müəllif: Elmir Murad

 

Вся лента