“Smart-kart” sayğacları bundan sonra quraşdırılmayacaq? - “Azəriqaz”-dan CAVAB

15:59 - 15.11.2019


15 noyabr, Fineko/abc.az. Bu gün bir sıra informasiya resurslarında “Azəriqaz” İstehsalat Birliyinin “smart-kart” tipli sayğaclardan imtina etməsi və ümumiyyətlə bundan sonra bu nəsil sayğacların quraşdırılmayacağı barədə məlumatlar yayılıb. Rəsmi olaraq bəyan edirik ki, yazılan məlumatlar həqiqətə uyğun deyil və belə bir qərar qəbul olunmayıb.

Bu barədə məlumat ABC.AZ-a “Azəriqaz” İB-dən daxil olub.

Məlumatda bildirilir ki, Birlik maliyyə imkanlarını nəzərə alaraq “İTRON GALLUS” şirkətindən “smart-kart” tipli sayğacların alışını azaldıb. Bununla yanaşı “smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək. Məsələn, Mənzil Tikinti Kooperativlərinin (MTK) inşa etdiyi çoxmərtəbəli binalarda sayğaclar daxildə (çöl eyvanlarda) olduğu üçün mexaniki sayğac quraşdırılmır, çünki bu, sərfiyyatın qeydiyyatı üçün çətinlik yaradır. Ona görə də belə tikililərdə “smart-kart” tipli sayğaclar həm quraşdırılacaq, həm də nasazlıq zamanı, eləcə də yoxlama vaxtı çatarkən eyni markalı sayğaclarla əvəzlənəcək.

Müəllif: Elmir Murad

 

Вся лента