Avropa İnvestisiya Bankı bu layihələrə pul ayırmayacaq – 2021-ci ildən

16:26 - 15.11.2019


15 noyabr, Fineko/abc.az. Avropa İnvestisiya Bankı (EIB) 2021-ci ildən etibarən ənənəvi enerji mənbələri üzrə layihələri maliyyələşdirməyəcək.

ABC.AZ xəbər verir ki, bu barədə bankın məlumatında deyilir.

Məlumata görə, adıçəkilən bankın Direktorlar Şurası enerji layihələrinin maliyyələşdirilməsində yeni bir siyasət qəbul etmək və iqlim dəyişikliyinə qarşı mübarizədə alternativ enerji mənbələri üzrə layihələrə diqqət ayırmaq qərarına gəlib. Bank 2021-2030-cu illərdə aşağı karbon emissiyasını dəstəkləyəcək enerji innovasiyası, enerji səmərəliliyi və bərpaolunan enerji layihələri üçün 1 milyard avro ayıracaq.

Beləliklə də, 2025-ci il və sonrakı illərdə alternativ enerji və iqlim dəyişikliyi layihələrinə ayrılan vəsait bankın ümumi əməliyyatlarının 50 faizini təşkil edəcək.

Bank son 5 ildə bərpaolunan enerji mənbələri, enerji və şəbəkə səmərəliliyi üzrə layihələrin maliyyələşdirilməsinə 65 milyard avro ayırıb, bunun da 28 milyard avrosu bərpaolunan enerji layihələrinə xərclənib.

Müəllif: Elmir Murad

 

Вся лента